Futbol üzrə I Divizionda XVI turun oyunları çərçivəsində qərb kollektivlərindən “Kəpəz” səfərdə “Sumqayıt-2” komandasının qonağı olub. Görüş 1:0 hesabı ilə ev sahiblərinin qələbəsi ilə başa çatıb. Regionun digər təmsilçisi “Turan Tovuz” isə “Neftçi-2” ilə qarşılaşıb. Stadionunda təmir-tikinti işləri getdiyindən tovuzlular rəqibini Şəmkir Olimpiya İdman Kompleksində qəbul edib. Bu görüşdə də minimal hesab qeydə alınıb. Və matç nominal meydan sahibi olan kollektivin qələbəsi ilə yekunlaşıb. “Turan”dan qolu ilk yarıda Elçin Qasımov vurub. Tovuz təmsilçisi 62-ci dəqiqədə oyunda azlıqda qalıb. Veysəl Rzayev kobud oyuna görə qırmızı vərəqə alaraq görüşü yarımçıq tərk edib. Bundan sonra “Neftçi” say üstünlüyündən istifadə etməyə çalışsa da, təşkil olunan hücumlar faydasız olub. Bu nəticədən sonra İlham Yadullayevin yetirmələri turnir cədvəlində 2-ci pilləyə yüksəlib.<br>
- Baxış: 410