Azərbaycan Texniki Universtitetinin basketbol arenasında Superliqanın 17-ci turunun oyunları keçirilib. Çempionatda Nizami yurdunu təmsil edən "Gəncə" hesabat turunda "Xırdalan"la görüşüb. Tərəflərin xallarının eyni olması və turnir cədvəlində qonşu pilllələrdə yerləşməsi qarşılaşmanın gərgin keçəcəyinə işarə olub. Elə oyun gözlənildiyi kimi də alınıb. Xala-xal prinsipi ilə keçən matçın son saniyələrində gəncəlilər səbətə dəqiq atışla hesabda önə çıxaraq 76-73 hesabı ilə qalib gəliblər. Bu, Rizvan Səfərovun yetirmələrinin Superliqada ardıcıl 2-ci qələbəsi olub. Yeri gəlmişkən, əvvəlki iki dövrədə “Xırdalan”a uduzan “Gəncə” həm də rəqibindən revanş alıb. “Sarı-göylər”in heyətində oyunun ən məhsuldar basketbolçusu Robert Vudson seçilib. Amerikalı legioner 20 xal toplayıb. Qələbə sayəsində 2 pilləlik sıçrayış edən Səfərovun komandası 3-cü sıraya qalxıb.
- Baxış: 575