• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2391
— 21.02.2020 16:24

Kolleclərə tələbə qəbulu elan edildi

KepezTV Player

Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi, yəni 9 illik orta təhsil bazasında tələbə qəbulu elan edir. Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gündən başlayaraq martın 11‑dək internet vasitəsilə aparılır. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurmalı və ərizəni təsdiq etməlidir.