KepezTV Player
Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində oğurluq etmək istəyən şəxs ağır xəsarət alıb. Samir Cəfərov küçəsində 25 yaşlı Elşən Mürsəlzadənin fərdi yaşayış evinin hasarından keçərkən ayağı sınıb. Ev sahibi həmin şəxsi saxlayıb. Məlum olub ki, xəsarət alan şəxs fərdi yaşayış evindən əlil arabasını oğurlamaq istəyirmiş.<br>Əraziyə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları gəlib. Yaralı polis nəzarəti altında 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
- Baxış: 653