• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1072
— 20.02.2020 21:15

Gəncəli məktəblilər üçün "Spelling Bee"

KepezTV Player

ABŞ-ın Azərbaycandakı Səfirliyi ölkədəki Amerika Mərkəzləri ilə əməkdaşlıq edərək, məktəblilər üçün "Spelling Bee" yarışması təşkil edib. Müsabiqənin yarımfinal mərhələləri Gəncə, Kürdəmir, Salyan və Xaçmazda reallaşıb. Yarışmada öncədən qeydiyyatdan keçən, 2003-2008-ci il təvəllüdlü məktəblilər iştirak hüququ qazanıblar.Şərtlərə müvafiq olaraq, 12-13, 14-15 və 16-17 yaş kateqoriyası üzrə 3 qalib seçilib. Hər bölgə üzrə 9 nəfər qalib iştirakçı Bakıda keçirələcək yarımfianla vəsiqə əldə edib. "Spelling Bee" yarışmasının finalının 23 fevral tarixində paytaxtda keçiriləcəyi nəzərdə tutulur. Sözügedən müsabiqə tədrisdənkənar ingilis dili yönümlü fəaliyyətlərin inkişafını hədəf seçərək, uşaqların əlavə dil biliklərinin akademik şəraitdə, düzgün formalaşmasını təşviq edir.

Şövkət Məmmədov iştirakçı:Mən bu proqram haqqında iki ildir ki, məlumatlıyam. Müsabiqəni çoxdan gözləyirdim. Əminəm ki, qaliblər arasında mənim də adım olacaq və digər iştirakçılara uğurlar arzulayıram.