• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1431
— 20.02.2020 16:35

Gəncədə 1189 bakalavr magistraturaya imtahan verəcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi fevralın 23-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirəcək. İmtahan respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanda iştirak üçün 15738 bakalavr ərizə təqdim edib. Onlardan 14434 nəfəri Azərbaycan bölməsi, 1304 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir.

Gəncədə 1189 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 154 imtahan rəhbəri, 1580 nəzarətçi-müəllim cəlb olunacaq.