• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1645
— 20.02.2020 16:29

Sahibkarlar Şəmkirdə 85 milyon manatlıq layihə reallaşdırıb

KepezTV Player

Şəmkir rayonunda  2019-cu ilin sosial-iqtisadi İnkişafının yekunları  və qarşıda duran vəzifələrə dair hesabt iclası keçirilib. İclasda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ötən  il görülən işlərə xronoloji ardıcılqıla nəzər yetirib.  Geridə qalan  il ümumi məhsul buraxılışına görə Şəmkir rayonu respublika üzrə ilk beşlikdə yer alıb. Məhsil həcmi 782 milyon manata yaxın olub. Əvvəlki illərlə müqayisədə sənayedə 29,8  kənd təsərrüfatında isə 13,6 faiz artım müşahidə olunub.  İl ərzində 2498-i daimi olmaqla 6322 yeni iş yeri iş yeri yaradılıb.  Sahibkarlar tərəfindən ümumi dəyəri 85 milyon 606 min manat olan 85 layihəyə investisya qoyulub. Ən çox investisiya qoyuluşu rayonun Kür qəsəbəsində reallaşıb.  Hesbat dövründə Heydər Əliyev fondunun təşəbbüsü ilə Şəmkir şəhərində və Kür qəsəbəsində yeni bağça binaları istifadəyə verilib. Yeni Göyçə və Əliyaqublu kəndlərində həkim məntəqələri əsaslı təmir edilib.  Kür qəsəbə xəstəxansında  əsaslı təmir işləri yekunlaşmaq üzrədir.  2019-cu ildə uzunluğu 32,9 km olan Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolu yenidən tikilib istifadəyə verilib. İclasda görülən işlərlə yanaşı 2020 ci ilin planları barədə də məlumat verilib. Bu il Şəmkir şəhərində və Kür qəsəbəsində daxili yolların asfatlancağı əhalinin su qaz və işıqla təchziatında etibarlılığın təmin olunacağı diqqətə çatdırılıb.

Natiq Hüseyn