• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2178
— 20.02.2020 16:11

Səfərbərlik Xidmətinin daha bir rayonda yeni inzibati binası istifadəyə verilib

KepezTV Player

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi üçün tikilən bina istifadəyə verilib. Bina ilə tanış olan Xidmət rəisi, general-leytenant Arzu Rəhimov hərbi sahədə həyata keçirilən islahatlar, qarşısına qoyulan vəzifə və tapşırıqların qurumun yaranmasından ötən səkkiz il ərzində yüksək səviyyədə yerinə yetirildiyini ifadə edib. Şəxsi heyətin bundan sonra da xidməti fəaliyyətinə məsuliyyətlə yanaşacağına, dövlətə, Vətənə şərəflə xidmət edəcəyinə əminliyini ifadə edib. 3 mərtəbəli bina rayon hərbi həkim komissiyası üçün kabinetlər də daxil olmaqla 39 iş otağı, 1 xidməti müşavirə otağı və 1 iclas zalından ibarətdir. Bütün otaqlar zəruri avadanlıq və inventarla təchiz edilib, yardımçı otaqlar yaradılıb. Binada havalandırma, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb. İstifadəyə verilən yeni tikili memarlıq üslubu ilə də seçilir.

Natiq Hüseyn