• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1933
— 20.02.2020 16:06

Xidmət rəisi Gəncə vətəndaşları qəbul edib

KepezTV Player

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Gəncədə bu şəhərlə yanaşı, Göygöl, Daşkəsən, Samux, Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib. Vətəndaşların müraciətləri əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının xidmət yerinin müəyyənləşdirilməsi və təkrar tibbi müayinəyə cəlb edilməsi, həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi, şəhid statusunun, veteran adı və vəsiqəsinin verilməsi ilə bağlı olub. Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev isə Goranboyda Mingəçevir, Naftalan, Xocalı  və Goranboy sakinləri ilə görüşüb. Qəbullarda 41 vətəndaşın müraciəti dinlənilib.