• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1872
— 20.02.2020 12:36

Gündəlik turist qəbulu 3500-ə çatdırılacaq

KepezTV Player

Turizm şəhəri olan Naftalan ötən il 40 mindən çox turist qəbul edib. Bunun da 40 faizi 61 ölkəni təmsil edən xaricilər olub. Şəhərdə fəaliyyət göstərən 11 turizm obyektində gündəlik olaraq 2500 nəfər istirahət edə və müalicə ala bilər. Tikintisi aparılan hotel və sanatoriyaların da istifadəyə verilməsi nəticəsində bu rəqəm 3500-dək yüksələcək. Bu barədə Naftalanda 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrin müzakirəsi zamanı məlumat verilib. İcra başçısı Vüqar Novruzov şəhərin turizm potensialının artırılması üçün əməli tədbirlərin görüldüyünə, eləcə də sahibkarlıqla məşğul olmaq istəyənlər üçün münbit şəraitin yaradıldığına diqqət çəkib. Hesabat dövründə dotasiyasız yaşayan şəhərdə 426 nəfərin işlə təmin edildiyi, 32 nəfərin özünüməşğulluq proqramına cəlb olunduğu, 200 yerlik körpələr evi-uşaq bağçasının tikintisinin başa çatdırıldığı, bir sıra səhiyyə və mədəniyyət müəssisələrinin təmir edilərək istifadə verildiyi vurğulanıb. Abadlıq-quruculuq işləri və yaşıllaşdırma tədbirləri görülüb. Yığıncaqda şəhərdə ali məktəblərə qəbul göstəricinin yüksəldilməsi, uşaq musiqi məktəbinin ürəkaçan olmayan mövcud vəziyyəti, ixtisaslı həkim çatışmazlığının aradan qaldırılması, idman infrastrukturunun yaxşılaşdırılması, elektrik enerjisi ilə təminatda yaranan fasilələrin aradan qaldırılması, gənc ailələr üçün mənzillərin tikintisi ilə bağlı müzakirələr aparılıb, sainlərin təklif və müraciətləri dinlənilib.