KepezTV Player
I Divizionda mübarizə aparan “Turan Tovuz” klubu hələ bir müddətdə ev oyunlarını doğma rayondan kənarda keçirmək məcburiyyətində qalacaq. Tovuz stadionunda aparılan təmir-tikinti işləri komandanın yenidən Şəmkirdə oynamasına səbəb olub. Qərblilərin II dövrədən Tovuzda çıxış edəcəyi gözlənilsə də, görülən işlərin uzanması kollektivi doğma meydandan kənar salıb. Xatırladaq ki, “Turan” ilk dövrənin son iki oyununu və qış fasiləsindən sonra 14-cü turun görüşünü Şəmkir Olimpiya İdman Kompleksində keçirib. Tovuzlular nominal ev sahibi kimi “Qarabağ”, “Zirə” və “Səbail”in ikinci komandasını qəbul edib. Çempionat görüşlərini Tovuzda yox, Şəmkirdə keçirmək İlham Yadullayevin rəhbərlik etdiyi kollektivin çıxışına təsirsiz ötüşmür.
- Baxış: 450