• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1208
— 19.02.2020 19:29

Oğlan və qız övladı arasına qoyulan fərq nədən qaynaqlanır?

KepezTV Player

Oğlan nəslin davamçısıdır, ailə üçün əsas varisdir. Oğul düşmən çəpəridir. Oğul bizi istəməyənlərə göz dağıdır. Və daha nələr, nələr. Hətta belə də deyirlər: Oğlan talonladır, qız eşelonla. Axı niyə? Niyə gənc ailədə oğlan uşağı doğulanda təbrik edirlər, qız olanda isə inşallah oğlan da olar deyirlər? Görəsən, heç bir məntiqə əsaslanmayan bu stereotip haradan qaynaqlanır?

Maraqlıdır, insanlar qız, yaxud oğlan övladının dünyaya gəlməsinə insanlar niyə fərqli reaksiya verirlər? Bunun psixoloji izahı varmı?

Ailədə övladlar arasında edilən ayrı-seçkilik uşaqların psixikasına mənfi təsir göstərir, onlarda başqalarına qarşı inamsızlıq, aqressiya yaradır.

Hər iki cinsin nümayəndəsi cəmiyyət üçün olduqca vacibdir. Təbiət məhz bu yolla öz tarazlığını bərpa etməyə çalışır. Əfsuslar olsun ki, bəzən biz insanlar həmin balansa müdaxilə edir, onu pozmağa çalışırıq. Madam ki, günahkarıq gəlin unutmayaq. Zərif məxluqlar xoşbəxt olarsa, cəmiyyət xoşbəxt olar.