• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1629
— 19.02.2020 20:16

Avtobusların hərəkət qrafiki dəyişdirilir

KepezTV Player

Avtobus və mikroavtobuslardan istifadə edənlər ekran qarşısına yaxın əyləşsinlər. İndi təqdim edəcəyimiz sujet maraq dairənizdə olacaq. Gəncədə bəzi xətləri üzrə hərəkət edən ictimai nəqliyyat vastələrinin hərəkət qrafikində dəyişiklər olacaq.

Əli Quliyev - sakin: Yeddi nömrəli mikro avtobus var Universtetin qarşısından, univermağın qarşısına kimi gəlir. O marşurut təzə tikilən bazara kimi getməyini istəyirəm.

Qorxmaz Səmədov - sakin: Beşinci mikrorayonda 11 nömrəli balaca marşurut işləyir. Onun əvəzinə vağzaldan gəlib şəhərin mərkəzində dairəvi hərlənən daha böyük avtobus işləsə daha yaxşı, keyfiyyətli olar ki, bundan da əhali razı qalar.

İctimai nəqliyyatdan gündəlik istifadə edən əhalinin müraciətləri nəzərə alınaraq bir neçə avtobus və mikro avtobusun hərəkət cədvəli dəyişdirilib. Bu əsasən şəhərdə yeni salınan qəsəbələrə hərəkət edən nəqliyyat vastələrinə şamil edilib. Məhəsti qəsəbəsinə gedən 11 nömrəli avtobusun xətti Şəmkir avtovağzalından qəsəbədəki 25-ci küçəyə kimi uzadılıb. Xəttə əlavə bir avtobus əlavə edilib. 31 nömrəli marşurutun Əttarlar küçəsindən Vaqif küçəsinə, oradan isə Nizami Gəncəvi prospektinə hərəkətində dəyişiklik olub. Gələn aydan 6 nömrəli marşurutun Azərbaycan küçəsində olan son dayanacaqdan şəhər 5 nömrəli poliknikanın qarşısına kimi uzadılması da nəzərdə tutulub. Həmçinin 3, 24 kimi ictimai nəqliyyat vastələrinin hərəkət cədvəlində də dəyişiklər olacaq.

Azər Məmmədov - Gəncə Şəhər Nəqliyyat İdarəsinin sektor müdiri: Hər hansı bir istiqamətə xəttin uzadılması biz tərəfdən tənzimlənir.Əvvəlki illərdə müəyyən istiqamətlərinə dəyişiklər olub. 5, 4 nömrəli marşurutlarda xətlər uzadılıb. Müraciətlər olub ki, 17 nömrəli marşurutun Qaranamazlı küçəsinə uzadılması ilə bağlı. Gələcəkdə yenə nəzərdə tutulur nəqliyyat vastələrinin yenilənməsi ilə bağlı müyyən ərazilərdə və xətlərdə dəyişiklər olacaqdı.

Gəncədə bütün ictimai nəqliyyat vastələri səhər saat 6:30-dan axşam saat 21-ə kimi təyin olunan qrafiklə hərəkət edir. Hərəkət intervalı isə 6 dəqiqədir. Gün ərzində Gəncədə 34 marşurutu xətti üzrə 243 avtobus və mikroavtobus sərnişin daşıyır. Bu nəqliyyat vastələrindən 93 Azəravtonəqliyyat MMC-nin, 46-i kiçik sahibkarların və 104-ü isə müxtəlif şirkətlərindir. Avtobusların hərəkət qrafikinə Gəncə şəhər Nəqliyyat İdarəsinin 6 dispeçiri nəzarət edir.

 

Elnur Vahidoğlu