• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1749
— 19.02.2020 16:21

Şəhər sakinlərinin müraciətləri dinlənilib

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşların müraciətlərini dinləyib. Qəbulda şəhər sakinlərinin müxtəlif şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən küçə işıqlandırılması, sahibsiz itlər, işlə təminat, əlillik dərəcəsinin təyininə köməkliklə bağlı olub, kommunal sahədə çatışmazlıqlar dilə gətirilib. Şəhər rəhbəri səslənən problemlərinin qısa müddətdə aradan qaldırılması, eləcə də təkliflərin araşdırılması üçün müvafiq göstərişlər verib.