• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2097
— 19.02.2020 15:19

40-a yaxın sərnişinə qarşı cibgirlik edən şəxs saxlanıldı

KepezTV Player

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sərnişin avtobuslarında çoxsaylı cibgirliklər edən şəxs saxlanılıb.

Əməliyyat-tədbiri zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 81,12,46 və s. xətt üzrə hərəkət edən avtobuslarda cibgirlik edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Kərimov tutulub.

Faktlarla bağlı Xətai Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. F.Kərimovun Xətai, eləcə də paytaxt ərazisində başqa analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.