• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1957
— 19.02.2020 12:03

Bu il Həcc ziyarətinin qiymətində artım olacaq

KepezTV Player

Sənəd qəbulu başlanan gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edənlərin sayı 100 nəfəri ötüb. Zəvvarlar ziyarətə təyyarə ilə gedəcəklər. Bu il Həcc ziyarətinin qiymətində artım olacaq. Belə ki, qiymət 4490 dollardır. Ötən il isə bu məbləğ 4285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanıb. Keçən il olduğu kimi, bu il də kvotaların sayı  eynidir 1400 yer.