Kinematoqrafiya yarandığı gündən bu yana insanlar arasında belə bir fikir ortaya çıxıb - kino, yoxsa teatr? Hansı daha təsiredicidir, daha maraqlı və təbiidir. Əlbəttə, hər ikisinin cəmiyyətdə və öz-özlüyündə xüsusi bir yeri var.
Teatr incəsənətin məbədidir. Bu məbədə girənlər bir anlıq özlərini gələcəyin və keçmişin ağuşunda hiss edirlər. Bununla yanaşı əsasən gənclərin zövqünü oxşayan,gərgin iş həftəsindən sonra istirahət üçün düşünülən məkanlardan biri isə kinoteatrlardı.Bəs görəsən insanların maraq dairəsində yerləşən hansıdır?
Bir çoxları belə təsəvvür edir ki, indi Azərbaycan teatrlarına heç kim gəlmir və tamaşaçı salonu adətən boş qalır. İnsanların belə düşüncəyə sahib olması sizcə nə ilə bağlıdır ?
Hazırda kinoteatra gələn tamaşaçılar sizi qane edirmi? Daha çox yerli filmlərə maraq var,yoxsa xarici filmlərə?
Sorğudan məlum olduğu kimi kinotetra maraq daha böyükdür. Sözsüz ki, istər teatr, istərsə də film, hər ikisi mədəniyyətdir, ancaq çalışmaq lazımdır ki, bir sənəti ucaltdıqda, digərinin sonuna səbəb olmasınlar insanlar.
Həmişə yox olduğumu hiss edirdim; mənim üçün yeganə fürsət, yəqin ki, başqası olmaq idi. Ona görə də aktrisa olmaq istəyirdim demişdir,Merlin Monre.
Tellan Zeynalova
- Baxış: 784