• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 880
— 19.02.2020 10:53

“Panasonic” yığcam soyuducu və yanğınsöndürən elektrik avtomobillərini təqdim edib

"Panasonic" korporasiyası tərəfindən nümayiş etdirilən yığcam yanğınsöndürən və soyuducu elektrik avtomobilləri biznes üçün nəzərdə tutulub və kiçik şirkətlərə avtoparkların yaradılmasında qənaət etməyə və karbon tullantılarını azaltmağa kömək edəcək.

 Korporasiya yığcam elektrik avtomobillərini Kaliforniyanın "Tropos Motors" startapı ilə birgə hazırlayıb. Nəqliyyat vasitələri kiçik şirkətlər üçün nəzərdə tutulub.

 Yığcam yanğınsöndürən nəqliyyat vasitəsi tam ölçülü yanğınsöndürən avtomobillər kimi eyni funksiyalara malikdir. Şirkətin məlumatına əsasən, yeni yanğınsöndürən avtomobilin dəyəri 10 dəfə aşağıdır. Model naviqasiya, fövqəladə vəziyyət haqqında informasiyanın izlənilməsi və operatorla əlaqə üçün "TOUGHBOOK FZ-G1" planşeti ilə təchiz edilib.

 Soyuducu funksiyalı elektrik avtomobili 8 ədəd "Hussmann" soyuducu kamera ilə təchiz edilib ki, bu da xüsusi vakuum istilik izolyasiyası sayəsində adi poliuretan konteynerlərdən 13 dəfə daha soyuq saxlamağa imkan verir.