• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2393
— 18.02.2020 20:28

Sağlamlığımızı təhdid edən qidalar

KepezTV Player

Qışda daha çox istifadə etdiyimiz qidalardan danışacağıq - konservləşdirilmiş məhsullardan. Belə qidalardan zəhərlənmə və ölüm halları barədə xəbərləri tez-tez eşidirik. Bəs bu xoşagəlməz hallardan, bədbəxt olaylardan qaçmaq üçün nəyə diqqət göstərməliyik? Əməkdaşımız Nazənin Zamanın konservləşdirilmiş məhsulların təhlükəsizliyi ilə bağlı araşdırması var. İzləyək.

Gülnara Əsgərova satıcı:15 ildir bu bazarda turşu satıram. Onları hazırlayarkən təmziliyinə xüsusi diqqət edirik. Təmizlik olandan sonra zəhərlənmə olmaz...Başıma gəlib, pomidor turşusu bağlamışam, uşaqlarım zəhərlənib. Pomidor dərmanlı olduğuna görə zəhərlənmə olmuşdu, artıq qorxuram. Qaynamağına xüsusi diqqət edirəm.... Məhsulun keyfiyyəti yaxşı olmalıdır, amma yenə də hazırlanma qaydasına diqqət etmək lazımdır...

Şəhla Verdiyeva terapevt: Bir neçə fakt var ki, evdə konservləşdirmə zamanı ciddi təhlükə törədə bilər. Həmin qidanın düzgün duzlaşdırılması bir kənara, saxlanılan qabların belə mühim əhəmiyyəti var. Plastik qab və ya şüşə bankada olmağından asılı olmayaraq, üzərindəki plastik qapaqlar bir sıra konseragen, kimyəvi maddələrlə zəngindir. Onun uzun müddət qida məhsullarıyla təmasda olması həyat üçün birbaşa təhlükə törədir.

Satışda olan hazır konservləşdirilmiş məhsullar belə sağlamlığımız üçün təhlükə yarada bilər. İstifadə müddət bitmiş, rəngi dəyişən, bulanıq suya malik turşuların qəbulu da zəhərlənmə ilə nəticələnir. Orqanizmə hissə-hissə nüfuz edən xroniki zəhərlənmədən fərqli olaraq, kəskin zəhərlənmə özünü ürəkbulanma, halsızlıq, ishal, bədən temperaturunun yüksəlməsi, şüurun itməsi kimi ani əlamətlərlə büruzə verir.

Qoşqar Məhərrəmov qastroenteroloq: Əgər bu kimi əlamətlər varsa, xəstəxana şəraitində müdaxilə vacibdir. Ev şəraitində, türkə çarə doğru deyil. Əczaxanadan dərman alınıb qarşısını almağa cəhd etmək gələcəkdə həmin toksiki maddələrin orqanizmdə toplanmasına, gələcəkdə daha ağır nəticələrə gətirib çıxara bilər...

Zəhərlənmə zamanı bədəndə olan toksiki maddələri kənarlaşdırmaq üçün təcilli yardım gələnədək bol mayenin qəbulu məqsədəuyğundur. Bəs görəsən, ümumiyyətlə düzgün şəraitdə hazırlanan konserv məhsulları sağlamlığımız üçün nə dərəcədə təhlükəsizdir?

Şəhla Verdiyeva terapevt: Düzdü, vitaminlərin müəyyən bir qismi saxlanılmağından asılı olaraq və kənardan əlavələrlə əlaqədar parçalanır, öz təbii yararlığınını saxlamır. Amma tərəvəz məhsullarına ehtiyacımız qış aylarında davam etdiyinə görə bunu konservləşdirilmiş məhsullardan ala bilərik. Ət və ət məhsullarının bakterogen tərkibinə malik olduğuna görə onlardan istifadə mümkün qədər qaçmaq lazımdır. İstəyir evdə, istəyir sənaye şəkildə satılan olsun. Amma tərəvəz məhsullaırnı düzgün konservləşdirmə şəraitində istifadə etmək olar...

Meyvə və tərəvəzləri mövsümündə tər halda yemək daha məsləhətlidir. Amma soyuq havalarda da onları dadmağın öz ləzzəti var. Müxtəlif çeşidləri bu məhsullar hər süfrənin bəzəyidir. Lakin yenə də səhhətimizdə problem yaranmasını istəmiriksə, maksimum dərəcədə diqqətli olmalıyıq.