• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 963
— 18.02.2020 20:38

"Qoşqar" qalib gəldi

KepezTV Player

Həvəskar status daşıyan Region Liqasında X turun qarşılaşmaları keçirilib. II dövrənin son oyunları çərçivəsində Şimal-Qərb zonasında iki görüş reallaşıb. “Energetik” Mingəçevirdə Qazax “Göyəzən”ini 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. Regionun digər qarşılaşmasında da böyük hesab qeydə alınıb və bu matçda da meydan sahibləri sevinib. “Qoşqar” Gəncədə Oğuzun eyni adlı kollektivini qəbul edərək 5:3 hesabı ilə qələbə qazanıb. İlk dövrədə səfər görüşündə də rəqibinə qalib gəlmiş  “sarı-qaralar” turnir cədvəlində mövqeyini dəyişməsə də, möhkəmləndirməyə nail olub. “Qoşqar” 11 xalla 3-cü pillədə qərarlaşıb. “Göyəzən”lə “Oğuz”u qabaqlayan Nizami yurdunun komandası “Energetik” və “Şəki”dən geri qalır.