• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1223
— 18.02.2020 20:29

“Fəlsəfə fantaziyası, yaxud Fantaziyalı Fəlsəfə”

KepezTV Player

Gəncədə tanınmış rəssam Tahir Abbasovun “Fəlsəfə fantaziyası, yaxud Fantaziyalı Fəlsəfə” adlı fərdi sərgisi keçirilib. Sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Türkiyənin Gəncədəki Baş Konsululuğunun rəsmiləri, rəssamlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Rəssamın əsərlərinin bir sıra ölkələrlə yanaşı Türkiyədə də sevildiyi qeyd edilib və onun əl işlərinin Azərbaycan təsviri incəsənətinin təbliği baxımından böyük rola malik olduğu vurğulanıb. Daha sonra qonaqlar rəsm əsərləri ilə yaxından tanış olublar. Sərgidə Tahir Abbasovun surrealist üslubunda yağlı boya ilə karton üzərində çəkdiyi əsərləri nümayiş etdirilib. Sərgi fevralın 24-ə kimi Türkiyənin Gəncədəki Baş konsulluğunda davam edəcək.