• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 829
— 18.02.2020 20:34

"Rənglərin sehri" Daşkəsəndə

KepezTV Player

Daşkəsən Rayon Mədəniyyət Mərkəzində “Rənglərin sehri” adlı rəsm sərgisi keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhər ziyalıları, həmçinin, məktəblilər iştirak ediblər. Sərgidə Daşkəsən İncəsənət Məktəbinin yetirməsi, hal-hazırda Gəncə şəhər 27 saylı lisey məktəbin müəllimi olan Mətləb Alıyevin şəxsi kolleksiyasından ibarət 30-a yaxın əl işi nümayiş olunub. Fərqli mövzuları əhatə edən əsərlər arasında Mübariz İbrahimovun portreti xüsusi diqqət çəkib. Gənc rəssamın ağac üzərində yandırma metodu ilə ərsəyə gətirdiyi əsərlər ona ölkəmizin hüdudlarından kənarda da uğur qazandırıb.

Sərginin sonunda gənc rəssama fəxri fərman təqdim olunub. Daşkəsəndə 2 gün davam edəcək tədbirin Gəncə və digər bölgələrdə də keçirilməsi planlaşdırılır.  Məqsəd regionlarda gənclərin təsviri incəsənətə olan marağını artırmaq, yaradıcı insanları ruhlandırmaqdır.

Ədalət Alıyev iştirakçı:Bir ata kimi, vaıidyen kimi sevincimin həddi-hüdudu yoxdur. Çox fəxr edirəm ki, vətənə layiqli övlad böyütmüşəm..

Mətanət Abdullayeva Daşkəsən Rayon Mədəniyyət Mərkəzinin direktoru:Bu bizim sayca ilk sərgimizdir. Böyük həvəslə bu sərgini təşkil etmişik. Ümid edirəm davamlı olar. Aprel ayında növbəti rəsm sərgisini keçirməyi planlaşdırırıq.

Mətləb Alıyev sərgin müəllifi:Hər mövzuda əl işlərim var, müxtəlif janrları əhatə edir. Əsas məqsədimiz bölgələrdə gənclərin təsviri-incəsənətə marağını artırmaq, rəssamlığı təbliğ etməkdir.