• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1190
— 18.02.2020 20:31

89 məcburi köçkün ailəsi yeni mənzillə təmin olunub

KepezTV Player

Xocalı rayon İcra Hakimiyyətində 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib. Hesabat iclasında Rayon İcra Hakimiyyətinin  başçısı Şahmar Usubov ötən il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 89 ailənin yeni mənzillərlə təmin edildiyini, 103 nəfərin özünə yeni iş yeri tapdığını önə çəkib. Bu il prezident İlham Əliyevin Sərəncamına əsasən Xocalı rayonunda xalçaçılığın inkişaf etdirilməsi və əhalinin məşğulluğunun təmin olunması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi ərazisində xalça sexinin tikintisi planlaşdırılır. Nəticədə 160 nəfər daimi işlə təmin olunacaq. Ötən il Goranboy rayonu ərazisində Xocalı rayon Cəmilli kənd sakinləri üçün heyvandarlığın və əkinçiliyin inkişafı üçün  ümumilikdə 133 ailəyə 80 hektar torpaq sahəsi bölünərək paylanılıb. Hesabat ilində müxtəlif ərazilərdə Xocalıdan olan məcburi köçkünlərlə görüşlər keçirilib. Əhalinin əsas müarciətləri  əkin üçün torpaq sahəsinin ayrılması və suvarma suyunun çəkilməsi ilə bağlı olub. İclasda görülən işlərlə yanaşı buraxılan nöqsanlar da ətraflı təhlil edilib. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı struktur rəhbərləri qarşısında konkret tələblər qoyulub.

Natiq Hüseyn