• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1959
— 18.02.2020 10:43

Təbii şüşə üzrə sənət

KepezTV Player

Təbii şüşə üzrə sənət rəngli şüşələr, şəffaf boya və ya işıq ötürən örtüklər vasitəsilə hazırlanan rəsm əsəridir. O ən sadə interyerə belə rəngarənglik qata, onu gözoxşayan edə bilər. Bu sənətin tarixi qədimlərə gedib çıxsa da müasir dövrdə istər yaşlı, istərsə də gənc nəsil tərəfindən şəbəkə sənəti davam etdirilir.

Ərsəyə gətirdiyi əsərlərlə hər kəsin diqqətini cəlb edən Sona Məhərrəmova da bu sənəti yaşadanlardandır. O hazırda əl işləri ilə gənclər arasında məşhurluq qazanıb. Gəncimizi daha yaxından tanıyaq.

Bu Sənət növü haralarda istifadə olunur?

İncə barmaqlar, zərif qadın toxunuşu, və ən əsası görülən işə həvəs... Bəli, bunlar cəm halını alanda nəticəsi gözoxşayan əl işləri olur. Sona xanım deyir ki, bu sənətə marağı olan gənclərə  onun sirrlərini öyrətməkdən çəkinmir və o bundan xüsusi bir zövq alır.  “Əl əməyi, göz nuru” misalını əsas gətirən müsahibimiz yaratdığı gözəlliklərin çətin tərəflərindən də danışdı.

Bu sənət pul gətirən sahədirmi ?

Sözsüz ki, bütün bu gözəlliklərin ərsəyə gəlməsində səbr və ən əsası insanların ona göstərdiyi maraq dayanır.