• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2357
— 18.02.2020 12:25

"Sədərək" Ticarət Mərkəzində yanğın

KepezTV Player

"Sədərək" Ticarət Mərkəzində yanğın olub.Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub. Alovun qarşısı alınıb. Yanğınla əlaqədar əraziyə 5 tibbi briqada cəlb edilib. 9 nəfərə yerində kömək göstərilib, bir nəfər isə başın travması ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Ona da yardım edilib və evə buraxılıb.