• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1793
— 17.02.2020 19:23

"Gəncə" qələbə qazandı

KepezTV Player

Kişi basketbolçuların Super Liqasında 16-cı turun oyunları keçirilib. Tur çərvəsində çempionatda Gəncəni təmsil edən şəhərin eyniadlı komandası “Sərkərdə” ilə qarşılaşıb. Son dövrlər qeyri-stabil oyun nümayiş etdirən Rizvan Səfərovun yetirmələrinin özü kimi iddialı rəqibi ilə görüşü gərgin mübarizə şəraitində alınıb.

Bərabər səviyyəli komandaların matçında 3-cü period həlledici olub. Buna kimi başa-baş keçən oyunda “Gəncə” təşəbbüsü ələ alıb və hesab arasında xal fərqi yaradıb. Bu fərqi final sirenasına kimi qoruyan “sarı-göylər” 99:82 hesabı ilə qalib gəliblər. Qələbəyə baxmayaraq Səfərovun komandası turnir cədvəlində mövqeyini qoruyub. Nizami yurdunun təmsilçisi 24 xalla 5-ci sırada qərarlaşıb.

Qeyd edə"Gəncə" qələbə qazandık ki, Super Liqa reqlamentə əsasən, 3 dövrədən ibarətdir. Pley-off mərhələsində zəif rəqiblə düşmək üçün Gəncə kollektivi daha çox xal toplamaqla turnir cədvəlində üst sıralarda yer almağa məcburdu. Çempionatın növbəti turunda komanda “Xırdalan”la oynayacaq."Gəncə" qələbə qazandı