• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3155
— 17.02.2020 20:09

Könüllülər əkin sahələrdə təcrübə keçirlər

KepezTV Player

Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvləri rayonun əkin sahələrində təcrübə keçirlər. Fermerlər könüllülərə təsərrüfatlarda və sahələrdə iş prosesindən tutmuş yeniliklərə qədər hər şeyi izah edirlər.

Samuxda “Aqrar İnkişaf Könüllüləri” təşkilatının 9 üzvü rayonun Qarayeri kəndində üzüm və meyvə bağlarında təcrübə keçir. Bağlardan bol məhsul götürməyin yolları, ağac və tənəklərə aqrotexniki qulluq kimi məqamlar könüllülərə izah edilir. Təsərrüfatda xaricdən gətirilən ağac növlərinin yerli iqlimə uyğunlaşdırılaraq bol məhsulun əldə edilməsi, intensiv bağçılığın üstünlükləri barədə məlumatlar verilib. Üzüm bağlarında təcrübə sınaqları aparan könüllülər, çərgəarası becərmədə eləcə də budamada yaxından iştirak ediblər.

Ayşən Heydərova - könüllü: Yanvar ayından Samux Dövlət Aqrar İnkişaf Mərkəzində könüllülük fəaliyyətinə başlamışam. Buranən fəaliyyətindən çox razıyam. İstixana və üzüm bağında texnika ilə tanış olduq. Gələcəkdə ixtisasçı kimi fəaliyyət göstərməmizdə bizə böyük kömək olacaq.

Xasay Şəmmədov - könüllü: ADAU-nun dördünüc kurs tələbəsiyəm. Hazırda Samuxda könüllülük fəaliyyət göstərirəm. Biz müxtəlif təsərrüfatlara gedirik. İxtisasım kənt təsərrüfatı olduğu üçün bu sahəyə gəldim. Həm də gələcəkdə neft yox qeyri neft saneyi inkişaf etdiyi üçün mənə çox maraqlı gəldi.

2018-ci ilin oktaybrdan rayonda formalaşan aqrar könüllər mərhələli olaraq 5 qrupda 32 nəfər könüllü fəaliyyət göstəriblər. Onların sıransında işlə təmin olunanları da var.

Pərvin Camalova - Samux DAİM-in “Aqrar İnkişaf Könüllüləri” təşkilatının rəhbəri: Məzun olan könüllülərimizdən 2 nəfər işlə təmin olunub. Onlar Samux DAİM də xidmət pəncərəsində fəaliyyət göstərirlər. Qrupumuzda fəaliyyət göstərən könüllülərimizdən 3 nəfərimiz müsahibədən keçib, işlə təmin olunması üçün təstiqi gözlənilir. Çalışırıq ki, fermerlərin yanında olaq. Fermerlərin problemlərinin həllində dəstək olaq. Yeni metodların, innovasiyyaların təşviqinə və tətbiqinə çalışıtıq.

3 aylıq təcrübə keçən Könüllülərə sonda  Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sertifkatlar veriləcək.

 

Elnur Vahidoğlu