• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1266
— 17.02.2020 20:03

Baytarlar profaktik tədbirləri gücləndiriblər

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən ölkə ərazisində epizootik tədbirlər davam etdirilir. Daşkəsən rayonunda da epizootik sabitliyi qorumaq məqsədi ilə 2020-ci il üçün təsdiq edilmiş plana uyğun olaraq iri və xirdabuynuzlu heyvanlar, itlər və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr aparılır.

Daşkəsən Rayon Baytarlıq İdarəsinin həkimləri iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, quşlar arasında nyukasl, eləcə də sahibli itlər’ qarşı quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri görülür. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevralın sonları, martın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.

Vadim Əliyev - təsərrüfat sahibi: 50-ə yaxın iribuynuzlu heyvanım var. Şükür yaxşılıqdır baxırıq südünü qatığını satıb dolanırıq. Həkimlərimizdə gəlib vaxtlı-vaxtınd amüaəlicə edirlər. Pis deyil vəziyyətimiz yaxşıdır.

2020-ci ilin epizootik tədbirləri başlayandan indiyə kimi rayonda 7 min 140 baş iribuynuzlu, 694 baş təkdırnaqlı heyvanda qarayaraya, 1682 sahibli itdə isə quduzluq xəstəlikləri əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb.

Naibə Paşayeva - Daşkəsən Rayon Baytarlıq İdarəsinin rəisi: Hav        aların soyuq keçməsinə baxmayaraq yerlərdə bütün proflaktik tədbirlər davam etdirilir. Lazım gələrsə rayon Baytarlıq İdarəsindən də dəstək göndərilir. Əsas məqsədimiz epizootik durumu sabit saxlamaqdır.

Daşkəsən rayonunda 20 min baş iribuynuzlu, 65 min baş xırda davar bəslənilir. Heyvanların müayinə və müalicəsi ilə 9 baytar sahə məntəqəsinin həkimləri məşğul olur.

 

Natiq Hüseyn