• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 885
— 17.02.2020 18:19

Qadının başçılıq etdiyi oğru dəstə saxlanıldı

KepezTV Player

Zaqatalanın Göyəm kənd sakininə məxsus evdən təxminən 2000 manat dəyərində qzıl-zinət əşyaları və 450 manat dəyərində pul oğurlanıb. Zaqatala polisinin keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin Qax rayonunun Qaxingiloy kənd sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ziviadi Zurabaşvili və Dima Lomaşvili olduqları müəyyən olunub. Zurabaşvilinin yeri müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla məlum olub ki, oğurluğu edən şəxslərin evə daxil olmasına zərərçəkmişin qohumu Şükufə Hacıyeva və onunla qeyri-rəsmi münasibətdə yaşayan Dima Lomaşvilinin qardaşı Eristo Lomaşvili yardımcı olub. Belə ki, Şükufə Hacıyeva ev sahiblərinin evdə olmaması barədə Eristo Lomaşviliyə məlumat verib. Sonuncu isə məlumatı həmin vaxt  biryerdə olduqları Ziviadi Zurabaşvili və Dima Lomaşviliyə ötürüb. Şükufə Hacıyeva və Eristo Lomaşvili də polis əməkdaşları tərəfindən saxlanılıb. Oğurladıqları qızıl-zinət əşyalarının bir qismini dəyərindən ucuz qiymətə Qax rayonunda yerləşən zərgərlik mağazasına satdıqları müəyyən edilib və həmin qızıl-zinət əşyası maddi sübut kimi götürülüb.