• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2288
— 17.02.2020 18:29

Sumqayıtda oğurluq edən dəstə üzvləri saxlanıldı

KepezTV Player

Oğurluq … Bu harama əl atıb, qolunu qandala keçirənlər demək olar ki, hər gün var. Bu gün də digər günlərdən fərqlənmədi. Yəni, yenə də asan yolla qazanc əldə edib, “ağ gün”ə çıxmaq istəyənlər oldu. Fəqət hamısı da gün işığından uzaq düşdülər. Sumqayıtda saxlanılan oğru dəstənin üzvləri kimi...

Sumqayıt Şəhər Polis İdarəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisində yerləşən bağ evlərindən silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar. Əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri Vasif Əzimov, Mehman Mahmudi, Ağdam rayon sakini Şükran Xələfov və Xızı rayon sakini Rza Nəcəfov saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı dəstə üzvlərinin Sumqayıt şəhərində 13 bağ evindən əsasən televizor, su qızdırıcı, samovar, generator, kombi aparatı, təmir-tikinti alətləri və digər məişət əşyaları oğurladıqları məlum olub. Bütün baş verənlərdə əsas təklif isə Şükran Xələfovdan gəlib.

Faktla bağlı saxlanılan şəxslər barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə mməlumat verə bilərlər.