KepezTV Player
Dövlət İmtahan Mərkəzi respublikanın 26 şəhər və rayonunda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirib. Qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq 3 fənnə aid ümumilikdə 90 tapşırıq təqdim olunub. Bu gündən etibarən Dövlət İmtahan Mərkəzində imtahan materiallarının emalına başlanılacaq.
- Baxış: 309