• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2972
— 17.02.2020 12:13

2 nəfər öldü, 4 nəfər yaralandı

KepezTV Player

Bakı-Qazax magistral yolunun Şəmkirin Əliyaqublu kəndindən keçən hissəsində iki "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə 2 nəfər – 33 yaşlı Əli Həsənov və 35 yaşlı Elmədin Aslanov dünyasını dəyişib. Hadisə zamanı 4 nəfər – 36 yaşlı Şahin Ağalarov, 22 yaşlı Anar Əsgərov, həmyaşıdları Elvin Həsənov və Fərid Mərdanov xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müayinə üçün Gəncəyə göndəriliblər. Fakt araşdırılır.