• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 17.02.2020 12:24

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Gəncədə dəfn edildi

KepezTV Player

Ermənistan silahlı qüvvələri tərəfindən şəhid edilən gizir Ələsgərov Seymur Eldar oğlu doğulduğu Gəncə şəhərində torpağa tapşırılıb.

Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhəri İH-nin nümayəndələri, idarə rəhbərləri, polis və prakrorluq, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edib.

Seymur Eldar oğlu Ələsgərov Gəncə Şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın Milli Bayrağı şəhidin qardaşı Samir Ələsgərova verilib. Havaya yayılım atəşi açılıb.

Şəhid Seymur Ələsgərov ailəli olub. 9 aylıq oğul övladı igiddən yadigar qalıb.