Amerikanın Azərbaycandakı Səfirliyi ilə Mədəniyyət Nazirliyi arasında imzalanan memoranduma əsasən, hazırda ölkəmizdə 5 Amerika Mərkəzi fəaliyyət göstərir ki, onlardan biri də Gəncədədir. Fərqli layihələr həyata keçirən mərkəz ödənişsiz ingilis dili kursları və danışıq klubları təşkil edir. Dərslər Amerikadan gələn spikerlər və xüsusi sertifikatı olan yerli müəllimlərin iştirakı ilə həftədə 2 dəfə keçirilir. Danışıq klublari isə şənbə günləri reallaşır. Kurs və klublarda mütəmadi olaraq iştirak edənlərə səfirlik tərəfindən sertifikat təqdim olunur.
Elfaq Rəhimov klub üzvü: Artıq iki həftədri ki, danışıq klublarına, kurslarına qatılıram. Yeni texnikalar öyrənirəm, danışıq sürətim də artıb.
Ləman Hüseynova klub üzvü:10-cu sinif şagirdiyəm. Artıq 3-cü həftədir ki, danışıq klubunda iştirak edirəm. İngilislər qrammatikadan çox danışığa fikir verirlər. Buna görə mən ingilis dilində danışıq bacarığımı inkişaf etdirmək istəyirəm.
Rövşən Hüseynov təlimçi:Klublarda iştirak edərək gənclər öz dil bacarıqlarını inkişaf etdirə bilərlər. Biz hər həftə fətqli mövzular müzakirə edir, yeni sözlər öyrənirik. Bu dil öyrənmək istəyənlər üçün olduqca faydalıdır. Danışıq klubuna gələnlər öz ideyalarını burada tətbiq edirlər, müxtəlif mövzuları müzakirə edirlər. Bu onlarda özgüvən yaradır. Hər kəsə tövsiyyə edirəm, xüsusən də 3-cü səviyyədə olanlara...
- Baxış: 516