Gəncəyə Göygöl rayonu istiqamətindən giriş yenidən qurulur. Əhalinin təhlükəsiz hərəkətini təmin etməklə yanaşı turzim baxımında da əhəmiyyət daşıyan yol genişləndirilir.
Gəncənin Göygöl istiqamətindən giriş hissəsinin genişləndirilməsinə ötən ilin noyabrından başlanılıb. Bu günədək yol yatağı bərkidilərək genişləndirilib, eni 16 metr olmaqla dörd hərəkət zolağına çatdırılıb. Avtomobillərin yolda rahat və təhlükəsiz hərəkəti ilə yanaşı piyadalar üçün eni 1-2 metr olan səki də yaradılıb. Uzunluğu 3 km olan yolun alt qatına qalınlığı 10 sm olan asfalt da salınıb və işlər yekunlaşmaq üzrədir. Yolun hərəkət hissəsinin ayıcına gecə işıqlandırılma dirəkləri də basdırılır. İşləri tez bir zamanda təhvil vermək üçün ərazidə 10-a yaxın ağır texnika və 30 canlı qüvvə çalışır.
Mikayıl Zeynalov - Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini: Nəzərə alsaq ki, bu istiqamət turizim marşurutlarının üzərində Gəncə-Göygöl yolunda yerləşir. Bu istiqamətdə şəhərin giriş hissəsi bərpa olunduqdan sonra şəhərin 4 girişi tam şəhərin müasir görkəminə uyğun olacaq. Bundan başqa Gəncə şəhərində hazırda yolların bərpası işləri davam etdirilir. Azərbaycan bayrağı, Kimyaçılar küçəsində bu işlər aparılır. Nizami küçəsində asfalt örtüyü yenilənir.
Uzun illərdi yolun ensiz olması ən çox sürücüləri narahat edib. Artıq bu narahatçılığa son qoyulmasına da məhz elə onlar sevinir.
Bəhruz Məmmədov - sakin: Çətinlik çəkirdik, yolumuz pis idi. İndi yaxşıdı, təşəkkürümüzü bildiririk. Sağ olsunlar yolumuz düzəlir, asfalt salınır, minnətdarıq.
Həsən Hacıyev - sakin: Yol dar idi, çox əziyyət çəkirdik. İndi yol genişlənir, asfaltlanır. Çox gözəldi, rahatdı. Gəncə sakini kimi minnətdarlığımı bildirirəm.
Son 2 ildə Gəncədə su kanalzasiya xətləri çəkilən 100-dən artıq küçədə asfalt işləri görülüb. İlin sonuna kimi də Gəncədə daha 50-ə yaxın küçənin asfaltlanması da nəzərdə tutulur.
Elnur Vahidoğlu
- Baxış: 1123