• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1501
— 14.02.2020 19:42

Region Liqasında fasilə başa çatır

KepezTV Player

Premyer Liqa və I Divizionun ardından bu həftəsonu Region Liqasında qış fasiləsi başa çatacaq. Həvəskar futbolçulardan ibarət komandaların çempionatında təxminən iki aylıq istirahətdən sonra mübarizə yenidən başlayacaq. Kollektivlər II dövrənin oyunları çərçivəsində X turun görüşlərinə çıxacaqlar. Liqada Gəncəni təmsil edən “Qoşqar” qarşıdakı turda evdə meydana çıxacaq. Nizami yurdunun təmsilçisi Gəncə şəhər stadionunun süni örtüklü meydançasında Oğuzun eyniadlı komandasını qəbul edəcək. Sözügedən qarşılaşma fevralın 16-sı saat 13:00-da başlayacaq. Geridə qalan IX turdan sonra Gəncə kollektivi çıxış etdiyi Şimal-Qərb regionunda 5 komanda arasında 3-cü pillədə qərarlaşıb.