• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1554
— 14.02.2020 16:20

Samuxda yeni xəstəxana binası inşa olunur

KepezTV Player

Samuxda Mərkəzi xəstəxana üçün yeni binanın inşasına başlanılıb. 90 çarpayılıq tibb ocağının tikintisi üçün Samux şəhəri ərazisində 1,8 hektar sahə ayrılıb. Yeni xəstəxana binasında əhaliyə günün tələbləri səviyyəsində səhiyyə xidməti göstərilməsi üçün lazımı şərait yaradılacaq. 3 mərtəbədən ibarət xəstəxanada poliklinika, yolxucu xəstəliklər və digər şöbələr yaradılacaq. Binanın ayrıca qazanxanası, elektrik təsərrüfatı və bioloji qurğusu da olacaq. Əlverişli hava şəraitindən maksimum yararlanan inşaatçılar işləri vaxtında və kefiyyətlə yerinə yetirməyə çalşırlar. Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən” bir milyon manat vəsait ayrılıb.

Qəmbər Qəmbərov - sahə rəisi: Samux rayonunda Mərkəzi Xəstəxananın tikintisi süərtlə davam edir. Tikintimiz sürətlə aparılır. Yetərincə işçi qüvvəmiz və texnikamız var. İnşaat işləri başa çatdıqdan sonra müasir avadanlıqlar quraşdırılacaq.

 

Natiq Hüseyn