• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 808
— 14.02.2020 11:42

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi fevralın 16-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək. İştirakçılara 2020-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda 3 imtahan fənni üzrə test tapşırıqları təqdim olunacaq.<br>İmtahanda iştirak üçün yazılış internet vasitəsilə aparılıb və 15104 abituriyent qeydiyyatdan keçib. İmtahanlar bir sıra şəhər və rayonlarda, o cümlədən Gəncə, Şəmkir, Qazax, Tovuzda, ümumilikdə 43 binada təşkil olunacaq.