• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1476
— 14.02.2020 11:03

Aston Martin Vantage açıq versiyaya sahib olub

Aston Martin şirkəti yeni nəsil Vantage modelinin qatlanan yumşaq tavana sahib olan versiyasını təqdim edib.

Zahiri cəhətdən Aston Martin Vantage Roadster kupe ilə eynidır. Rodster 510 at qüvvəsi və 685 Nm fırlanma anı hasil edən 4.0-litrlik səkkizsilindrli turbomühərrik  ilə təchiz edilir. Güc aqreqatı ZF firmasının istehsalı olan8-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.

Elektrik ötürməsi yumşaq tavanı 6.7 saniyəyə aşağı salmağa və 6.8 saniyəyə qaldırmağa imkan verir. Bu əməliyyatları 50 km/saat həddinə qədər sürətlərdə həyata keçirmək mümkündür. Müqayisə üçün, Aston Martin DB11 Volante və DBS Superleggera Volante modellərində bu əməlyyatların həyata keçiriləməsinə, müvafiq olaraq 14 və 16 saniyədə tələb olunur.

Aston Martin şirkəti Vantage Roadster modeli ilə birlikdə , Aston Martin Vantage ailəsi üçün hazırladığı yeni opsiyalar xəttini təqdim edib. Aston Martin Vantage Roadster modelinə sifarişlər artıq qəbul olunur. İngiltərədə rodster 126.950 funt sterlinqdən başlayan qiymətlərlə təklif olunur.