Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Tovuz və Şəmkir sakinlərini fərdi qaydada qəbul edib. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, nov kanallarının qurulması, nasos stansiyaların tikintisi, yeni subartezian quyularının qazılması, suvarma kanallarının beton üzlüyə alınması, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib. Şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi isə yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Bu gün eləcə də Cəmiyyətin sədr müavinləri Rafiq Aslanov Ağstafa, Zakir Quliyev isə Qazax rayonunda vətəndaşların qəbulunu keçirib.
Nazim Məmmədov sakin: Suvarma ilə əlaqədər kəndimizdə kiçik problemlər var idi. Söylədik dedik. Dedilər ki, yaxın zamanlarda hamısını həll edərik. Çox gözəl keçdi minnətdarlığımızı bildiririk.
Natiq Hüseyn
- Baxış: 463