Bütün insanlar parlaq, canlı, gözəl saçlara malik olmaq istəyir. Təsadüfü deyil ki, saçlar gözəl göründüyündə insanlarda özünə inam daha çox olur. Bəs gözəl saçlara malik olmaq üçün nə etmək lazımdır?
Saçlara qulluq nədən başlayır ?
Saçların yaxşı görünməsi və sağlam olması üçün onu düzgün yumaq və daima qulluq etmək lazımdır. Başın yuyulması saçın çirklənməsindən aslı olaraq 2-3 gündən bir olmalıdır. Təcrübə göstərir ki, uzun müddət yuyulmayan saçlarda cirk saçın köklərinə yapışır. Nəticə etibarı ilə baş nəfəs almır, saçlarınızın sağlamlığı təhlükə qarşısında qalır. Şampun seçiminə də diqqətlə yanaşmaq lazımdır. Bu zaman saçların tipini dəqiqləşdirmək mühüm məsələlərdən biridir.
Şampun seçimi önəmlidirmi ?
Şampun nə qədər yaxşı olsa da hətta çox diqqətlə yuyulduqda belə başın dərisindən saç üçün zərərli olan maddələri tam təmizləmir. Bunun üçün də balzam-kondisioner və lasyon-kondisionerdən istifadə etmək lazımdır. Şampunla eyni firmadan seçilən bu maddələr zərərli hissəcikləri neytrallaşdırır.
Müalicəvi və qidalandırıcı maskalardan istifadə etməliyik ?
Saç gözəlliyin əsas əlamətlərindən biridir. Müasir dövrdə qadınların istənilən şəkildə saça malik olmaq imkanları var. Rəng, forma və düzümü seçmək hər kəsin zövqündən asılı olsa da, bu məsələdə ən əsası saçların təmizliyidir.
- Baxış: 999