• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 12.02.2020 19:26

"Kəpəz" II dövrədə ilk ev oyununa çıxır

KepezTV Player

Sabah futbol üzrə I Divizionda XV turun oyunlarına start veriləcək. Tur çərçivəsində “Kəpəz” Gəncə şəhər stadionunda “Keşlə-2” komandasını qəbul edəcək. Yaşar Vahabzadənin yetirmələri Bakı toplanışı çərçivəsində bu rəqibi yoxlama oyununda 4:0 hesabı ilə məğlub etməyi bacarıb. “Sarı-göylər” qarşıdakı görüş öncəsi son məşqə bu gün matçın keçiriləcəyi arenada çıxıblar. Hazırlıq prosesi təxminən 45 dəqiqə sürüb və yüngül xarakter daşıyıb. Çalışmalarda toplu hərəkətlərə üstünlük verilib. Bakı kollektivi ilə oyuna “Kəpəz” itkilərlə çıxacaq. Komandanın iki əsas futbolçusu Novruz Məmmədovla Orxan Abdullayev cəzalı olduğundan matçı buraxacaq. Bu arada Gəncə klubu heyətinə yeni oyunçu cəlb edib. Gənc yarımmüdafiəçi Baxşəli Baxşəliyev ilə mövsümün sonuna kimi müqavilə bağlanıb. “Kəpəz” – “Keşlə-2” matçı fevralın 13-ü saat 14:00-da başlayacaq.