• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 887
— 12.02.2020 19:06

AQTA-nın gecə reydində üzə çıxan məqamlar

KepezTV Player

Bakıda qanunsuz fəaliyyət göstərən daha bir sex aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyatı qurumların əməkdaşları Hövsanda qanunsuz çalışan quş kəsimi sexinə baxış keçiriblər.Gecə saatlarında baş tutan reyddə əməkdaşlarımız da iştirak ediblər.

Antisanitar qaydada toyuq kəsimi həyata keçirən, içalat və digər toyuq məhsulları hazırlayan sex aşkarlandı. Hövsan ərazisində, məktəbli küçəsi 43  ünvanında yerləşən müəssisədə sanitar-gigiyenik norma və qaydalara əməl olunmadığı aydın görünürdü. Qanunsuz emal sahəsində kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və natəmiz şəraitdə saxlanıldığı müəyyən olundu.

Bundan başqa hazır məhsulların saxlanması zamanı, mövcud normativ-texniki sənədlərdə nəzərdə tutulan temperatur və rütubət şərtlərinə də əməl olunmadığı müşahidə edildi. Aşkarlanan nöqsanlara görə qanunvericiliyin tələbləri çərçivəsində  müəssisə rəhbəri, fiziki şəxs Akif Rəhimova  inzibati məsuliyyətə cəlb olundu və sexin fəaliyyəti məhdudlaşdırıldı. Faktla bağlı araşdırmalar davam etdirilir. Qida Təhlükəsizliyi agentliyi bir daha xəbərdarlıq edir ki, qanunvericiliklə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə kəsimin həyata keçirilməsi yolverilməzdir.