• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 12.02.2020 15:35

Tovuzda məktəblilər atıcılıq yarışında güclərini sınayıblar

KepezTV Player

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə Tovuzda məktəblilər arasında atıcılıq turniri keçirilib. Açılış mərasimində çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi Ceyhun Əliyev yarışın məqsədlərindən danışıb. Belə tədbirlərin cəmiyyətdə vətənpərvərlik ruhunun gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb, iştirakçılara uğurlar arzulanıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarandığı gündən vətənpərvərlik təbliğatının aparılması, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu layihələrdən biri də gənclər arasında atıcılıq yarışlarıdır.  Tovuzda təşkil edilən turnirdə  milli qəhrəmanlarımızın adını daşıyan 7 komanda mübarizə aparıb. Məktəblilər tanka qumbara atma, səngərdən hədəfə qumbara atma, qaçaraq hədəfi düzgün nişan alma kimi istiqamətlər üzrə bacarıqlarını nümayiş etdiriblər. Gərgin və maraqlı keçən mübarzənin yekununda qaliblərə xatirə hədiyyələri təqdim olunub. 

Nizami Cəfərov - ehtiyatda olan zabit: “Məktəblilər hərbi xidmətə nə qədər yiyələnsələr, silahla-sursatla davranma qaydalarını bilsələr, əsgərlik xidmətləri də bir o qədər yaxşı olar. Yaxşı vətən müdafiəçiləri olarlar. Əsas məqəsədimiz çağırışaqədərki hazırlıqda mühüm bilikləri şagirdlərə çatdırmaqdır”.

Natiq Hüseyn