• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1313
— 12.02.2020 14:08

Qarda batan avtomobili FHN əməkdaşları çıxardı

KepezTV Player

Şəmkir rayonunun Çaykənd kəndi ərazisində içərisində 2 kişi, 2 qadın və 1 uşağın olduğu "VAZ 2107" markalı avtomobil qarda batıb. Ətrafda olan şəxslər yardım etməyə çalışsalar da, bu, mümkün olmayıb. Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə məlumat verilib. Dərhal hadisə yerinə Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Aparılan xilasetmə əməliyyatı nəticəsində avtomobil təhlükəsiz əraziyə çıxarılıb. Maşında olan bir ailənin üzvləri - 54 yaşlı Nürəddin Hüseynov, 52 yaşlı Tamara Mürsəlova, 19 yaşlı Nurlana Hüseynova, sürücü, 28 yaşlı Elvin Hüseynov və 2 yaşlı Nihan Hüseynovlar hadisədən xəsarətsiz ötüşüblər.