• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2009
— 12.02.2020 12:03

Şəmkirdə gözətçi yanaraq öldü

KepezTV Player

Şəmkirdə gözətçi otağında yanğın baş verib. Rayonun Qədimqala kəndində, Asim Sadıqova məxsus istixana ərazisində ümumi sahəsi 12 m² olan gözətçi otağının yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 50 m² olan qazanxananın dam örtüyü 10 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı gözətçi otağında Samux sakini 35 yaşlı Rəşad Məmmədovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Qazanxanın qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Natiq Hüseyn