• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 808
— 12.02.2020 12:08

Birinci sinfə qəbul qaydası dəyişdirilir

KepezTV Player

Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Dövlət başçısının müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri əsasında həyata keçirilməlidir.