KepezTV Player
Yeni koronavirusa qarşı ilk peyvənd nümunələri bir il yarım ərzində hazır ola bilər. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirilən konfransda deyib.Konfransda dünyanın 400-ə yaxın mütəxəssisi iştirak edir. Forumun əsas məqsədi yeni koronavirus haqqında biliklərin boşluqlarını müəyyən etmək və müalicə metodlarının araşdırmalarında beynəlxalq səyləri gücləndirməkdir. ÜST-nin baş direktoru təşkilatın donorların fevral - aprel aylarında koronavirusla mübarizə üçün 675 milyon dollar ayırmaq çağırışını xatırladaraq, vəsaitin yalnız gələcək üçün deyil, həm də artıq yaranan problemlərin həlli üçün lazım olduğunu vurğulayıb.
- Baxış: 285