• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1967
— 12.02.2020 10:46

Qatlana bilən Galaxy Z Flip-in dizaynı real videoda sərgiləndi

Samsung şirkətinin qatlana bilən yeni smartfon modeli olacaq Galaxy Z Flip-in təqdimatına 2 həftədən az bir müddət qalıb. Bir çox hallarda sonradan təsdiqlənən məlumat sızıntılarının təqdim olunması ilə məşhurlaşan insayder Ben Geskin, Galaxy Z Flip-in real videosunu təqdim edib. İnsayder smartfonun qatlana bilən konstruksiyasını və onun dizaynını hər tərəfdən sərgiləyib.

Beləliklə təqdim edilən videodakı smartfonun gövdəsi bənövşəyi rəngdədir. Maraqlısı ondadır ki, tam açıq şəkildə smartfonun qatlanan hissəsindəki zolaq heç də nəzərə çarpmır. Bu isə o deməkdir ki, Samsung şirkəti Galaxy Fold-da olmuş problemləri yeni smartfonda aradan qaldırıb. Gözləntilərə əsasən Galaxy Z Flip smartfonu 11 fevral tarixində Galaxy S20 smartfon seriyası ilə birlikdə təqdim olunacaq. Lakin onun təqdimatı bir neçə gün sonra da baş tuta bilər.