• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1487
— 12.02.2020 10:41

Çikaqo 2020: Kia Cadenza yenilənib

Kia şirkəti Cadenza sedanının təkmilləşdirilən versiyasını nümayiş etdirib. Yenilənən Kia Cadenza modelinin ümumi uzunluğu 25 millimetr artaraq 4995 millimetrəı bərabər olub. Müqayisə üçün yeni nəsil Kia Optima modelinin uzunluğu 4905 millimetr təşkil edir.

İnteryerdə də yeniliklər mövcuddur: əyləncə kompleksinin 8-düymlük ekranı 12,3 düymlük geniş formatlı displey ilə əvəz olunub, Sürətölçən və taxometr arasında isə 4.2-düymlük rəqəmsal ekran yerləşdirilib, klimat-kontrol idarəetməsi başqa formada təşkil edilib və havalandırma sisteminin deflektorları yenidən qruplaşdırılıb.

Avtomobilin təklif edildiyi güc qurğusu və transmissiyası dəyişməyib: Kia Cadenza ABŞ-da yalnız 294 at qüvvəsi və 343 Nm fırlanma anı hasil edəb atmosfer tipli 3,3-litrlik V6 mühərriki və 8-pilləli «avtomat» ilə təklif edilir. Kia mühəndisləri avtomobilin səs-küy və vibrasiya izolyasiyasının yaxşılaşdırıldığını, həmçinin yeni amortizatorlar sayəsində komfortun yüksəldiyini qeyd ediblər.

Yeni Kia Cadenza sedanının ABŞ bazarındakı satışlarına bir neçə aydan sonra başlanacaq. Sedanın qiyməti hələlik elan edilməyib. Şimali Amerikada Kia Cadenza modelinə olan maraq azalır: son üç il ərzində Cadenza modelinin satışları təxminən dörd dəfə düşüb. 2019-cu ildə cəmi 1630 ədə sedan öz alıcısını tapib.